19 avqust 2024 20:41
602

Ankarada qaçan məhkum market sahibini girov götürüb

Türkiyədə qaçaq məhkum marklet sahibini girov götürüb.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə Ankaranın Keçiören rayonu, Osmanqazi məhəlləsinin, Havran küçəsində baş verib.

İddialara görə, qaçan məhkum qeyd edilən ünvanda fəaliyyət göstərən marketin sahibini girov götürüb.

Hadisə yerinə polis və səhiyyə qrupları cəlb edilib.

Danışıq aparan polis əməkdaşlarının uzun cəhdlərinə baxmayaraq, şəxs əlindəki silahı təslim etməyib. O, Xüsusi Əməliyyat polisinin dəstəyi ilə keçirilən əməliyyatda zərərsizləşdirilib.

Market sahibi hadisədən sağ-salamat xilas olub.

Hadisə ilə bağlı istintaq davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”