19 avqust 2024 22:40
575

Türkiyənin 4 kənd boşaldılıb

Çankırının (Türkiyə) İlgaz rayonunun Yukarımeydan kəndində başlayan meşə yanğını küləyin təsiri ilə sürətlə böyüməyə davam edir.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, komandaların havadan və qurudan müdaxiləsi davam edərkən, Yukarımeydan, Aşağımeydan, Aşağıdərə və Yukarıdərə kəndlərinin sakinləri təhlükəsizlik tədbirləri çətçivəsində təxliyə ediliblər.

Təxliyə edilən kəndlərdə yaşayan vətəndaşlar təhlükəsiz ərazilərə yönəldilib. Yanğının digər yaşayış məntəqələrini də təhdid etdiyi bildirilib.

Yanğın bölgəsində açıqlama verən İlgaz Bələdiyyə sədri Mehmed Öztürk məlumat verib ki, yanğının təxminən 500 hektar əraziyə təsir edib: “Qorxduğumuz şey başımıza gəldi. 4 kəndimizi boşaltdıq, vətəndaşlarımızı təhlükəsiz ərazilərə yerləşdirdik. Yanğını nəzarət altına almağa çalışırıq. Lakin küləyin təsiri ilə yanğın sürətlə yayılır. Hazırda edə biləcəyimiz ən yaxşı şey küləyin dayanması üçün dua etməkdir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”