19 avqust 2024 22:56
592

Türkiyədə plastik zavodda yanğın

Tekirdağın (Türkiyə) Çerkezköy rayonundakı Mütəşəkkil Sənaye Bölgəsində (ÇOSB) fəaliyyət göstərən plastik fabrikində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, “Ekinplas” plastik fabrikində baş verən yanğın yayılaraq babriki ağuşuna alıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Fabrikdən qalxan tüstü rayonun bir çox nöqtəsindən görünüb.

Hazırda qrupların gərgin işi nəticəsində yanğın nəzarət altına alınır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”