21 avqust 2024 11:00
853

“Bibiheybət” yatağı bu gün yaşıl zonaya çevrilir - VİDEO

“Bibiheybət” yatağında 1846-cı ildə dünyada ilk dəfə olaraq sənaye üsulu ilə neft quyusu qazılıb. 180 il ötməsinə baxmayaraq bu gün də yataq üzrə neft-qaz hasilatı davam edir. Yataq ərazisində hasilatla yanaşı, ətraf mühitin qorunması xüsusi diqqət mərkəzində saxlanılır.

Dünya neft tarixində “ilklər” sırasına adını yazdıran “Bibiheybət” yatağı bu gün yaşıl zonaya çevrilir.

“İki sahil” xəbər verir ki, SOCAR bu barədə paylaşım edib:

“Dünya neft tarixinin ayrılmaz hissəsi olan “Bibiheybət” yatağını yaşıl zonaya çeviririk. Burada ətraf mühitin mühafizəsinə xüsusi diqqət göstərilir.”