23 avqust 2024 11:05
725

SOCAR "İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım" sərgisində - FOTO

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə təşkil edilən "İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım" adlı sərgi təşkil olunub. Sərgidə ölkəmizin iqtisadi potensialı, sənaye və kənd təsərrüfatı məhsulları, enerji, nəqliyyat-logistika, turizm sektorlarının imkanları, reallaşdırılan innovativ layihələr nümayiş etdirilir. Sərgi Azərbaycanın biznes və investisiya mühitinin, yerli məhsul və xidmətlərimizin tanıdılması, sahibkarlar arasında təcrübə mübadiləsi, ixrac əlaqələri baxımından yeni fürsətlər təqdim edir.

 "İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım" adlı sərgidə SOCAR innovativ və maraqlı stendi ilə təmsil olunur.

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı paylaşım edib.

 Məlumat üçün bildirək ki, "İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım" adlı sərgidə SOCAR stendini Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov və digər rəsmi şəxslər ziyarət ediblər.