23 avqust 2024 11:46
2386

Rusiya Prezidentinin Azərbaycana səfəri dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir

Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.  Rusiya üçün, yumşaq desək, heç də asan olmayan dövrdə ölkə rəhbərinin bu səfəri marağa səbəb olub. İlk növbədə, bu səfər hazırda Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi bütün regional məsələlərdə, regiondakı strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olmasına, həmçinin çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsinə dəlalət edir. Son illər qlobal güclər arasında artan ziddiyyətlər, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, regional ixtilaflar, dünyada və bölgədə vəziyyəti daha da kəskinləşdirib. Bütün bu kimi müxtəlif mənfi proseslərin fonunda Azərbaycanın hərtərəfli və dinamik şəkildə həyata keçirdiyi, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun siyasi güc mərkəzləri ilə sıx əməkdaşlığın, əksər dövlətlərlə, xüsusilə də qonşularla isti münasibətlərin qalmasını təmin edib. Sonra isə təbii ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.

Həmçinin Rusiyanın üzləşdiyi və həll etmək istədiyi bir sıra məsələlərlə bağlıdır.Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də qonşu dövlətlərlə münasibətləri daha da möhkəmləndirmək, əməkdaşlığı genişləndirməkdir.

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər bütün sahələr üzrə daim yüksək səviyyədə olub və dinamik xarakter daşıyıb. İkitərəfli münasibətlərin daha da möhkəmlənməsi və inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolu xüsusi qeyd edilməlidir.

Azərbaycan və Rusiya prezidentlərinin görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir: “Qarşılıqlı səfərlər bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir. Prezident İlham Əliyev də qeyd etdi ki, hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdır. Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır və dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər həmçinin tarixi xarakter daşıyır və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək”.

Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

Son illərin siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəksiz Lideri Prezident cənab İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilirik. Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri də Rusiyadır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına rəsmi səfəri haqqında məlum olduğu kimi avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan  Respublikasına rəsmi səfər etmişdir. Bu səfər  xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və  xarakteri xüsusi əhəmiyyət daşımaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir… Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır.”Xarici siyasətində iki və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən dövlətimizin təkcə cari ilin ötən dövründə bu istiqamətlərdə əldə etdiyi uğurlara diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir. Buna əsas verən amillərdən biri dövlətimizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyidir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür.Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının prioritetliyini daha gaydın görmək mümkündür.

Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur. Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 19 avqust 2024-cü il tarixində Azərbaycana rəsmi dövlət səfəri ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafı baxımından tarixi bir hadisə kimi dəyərləndirilir. Səfərin formatı və xarakteri dövlətlərarası əlaqələrin yüksək səviyyəsini əks etdirir və regional sabitlik, iqtisadi əməkdaşlıq və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verəcəkdir.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü