28 avqust 2024 20:41
267

Litva Ukraynaya növbəti dəfə hərbi yardım edib

Litva Ukraynaya yükləyicilər, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri və qatlanan çarpayılardan ibarət yeni hərbi yardım partiyasını təhvil verib.

“İki sahil” xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hərbi əməliyyatlar başlayandan bəri Litva Ukraynaya 647 milyon avrodan çox hərbi dəstək verib.

Qeyd olunur ki, Litvanın Ukraynaya ümumi dəstəyi uzunmüddətlidir və 1 milyard avrodan artıqdır.

Xatırladaq ki, bu yaxınlarda Litva Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri, zirehli transportyorlar və pilotsuz uçuş aparatları ilə mübarizə vasitələrindən ibarət əhəmiyyətli hərbi yardım paketi veriləcəyini elan etmişdi.

Litvanın Baş naziri İnqrida Şimonite isə bildirib ki, payızın sonuna qədər Litva Ukraynaya 5 mindən çox pilotsuz uçuş aparat verməyi planlaşdırır.