07 sentyabr 2024 10:34
292

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sentyabrın 7-də saat 22:00-dan sentyabrın 8-də saat 03:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatında bildirilib.

Bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

“Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək”, - deyə birgə məlumatda bildirilib.