07 sentyabr 2024 21:47
219

Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm - İlham Zəkiyev

“6-cı Paralimpiya Oyunlarımdır. Bir az hazırlığımdan razı deyildim”

“İki sahil” xəbər verir ki, bunu “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

O bildirib ki, zədələr səbəbindən hazırlığı istədiyi səviyyədə keçməyib:

“Bununla belə bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan! Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq”.