08 sentyabr 2024 16:30
246

Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var

Oğuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.