08 sentyabr 2024 18:07
223

AÇ: Azərbaycan cüdoçuları qarışıq komanda yarışının qalibi olublar

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışının qalibi olublar.

“İki sahil” xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan tatami ustalarımız həlledici mərhələyə qədər manesiz irəliləyiblər.

Finalda Fransa idmançılarını 4:3 hesabı ilə üstələyən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışını qızıl medalla başa vurub.