08 sentyabr 2024 19:30
241

Astanada Dünya Köçəri Oyunlarının təntənəli açılışı keçirilir

Qazaxıstanda keçirilən V Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir.

“İki sahil” Kazinform-a istinadla xəbər verir ki, “Astana Arena” stadionunda keçirilən mərasimdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Tatarıstanın sədri Rüstəm Minnixanov, Saxa Respublikasının rəhbəri Aisen Nikolaev, Monqolustanın III Prezidenti Nambarın Enxbayar da iştirak edirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”