08 sentyabr 2024 20:02
215

"Birbaşa Bakı" Çempionlar Liqasının qalibi olub

Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olub.

“İki sahil” xəbər verir ki, finalda Çexiya komandası "Brno" ilə qarşılaşan təmsilçimiz 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionu həlledici mərhələyə gedən yolda Ukraynanın "Andezit" klubunu üstələmişdi.