10 sentyabr 2024 15:31
236

Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən yanğın söndürülüb.

Bu barədə “İki sahil"ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - məlumatda qeyd olunub.

***

Bakı-Sumqaylt yolunda yanğın başlayıb.

“İki sahil” xəbər verir ki, yanğın yolun Abşeron rayonundan keçən hissəsində, açıq ərazidə qeydə alınıb.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.