12 sentyabr 2024 11:07
162

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit aşkarlanıb.

Bu barədə “İki sahil”ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində ümumilikdə iki ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub:

"Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər xilas edilib, bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.