12 sentyabr 2024 11:10
173

Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq

Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.