12 sentyabr 2024 16:13
169

“Yeni nəfəs” layihəsi çərçivəsində 1000 ağac əkilib

“ASAN xidmət”in Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reallaşdırdığı “Yeni nəfəs” adlı ekoloji-sosial layihə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "İki sahil"ə verilən məlumata görə, layihə çərçivəsində 1000 körpənin adına ağac əkilib və onların valideynlərinə “Yaşıl gələcək” sertifikatı təqdim olunub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan layihənin məqsədi ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirməyə diqqətin artırılmasıdır.