14 sentyabr 2024 19:34
169

Ağdərədə ölümlə nəticələn yol qəzası olub

Ağdərə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində bir nəfər - 1983-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu dünyasını dəyişib.

Hazırda qəzanın tam təfərrüatları araşdırılır.

"Report"