14 sentyabr 2024 22:00
150

Yolu keçərkən maşın vurdu

Gəncədə piyadanın xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində, marketlərin birinin qarşısında qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 22 yaşlı G.Süleymanova yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.