14 sentyabr 2024 23:23
162

Şəmkirdə piyadanı maşın vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonda yerləşən marketlərdən birinin qarşısında qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Z.Səmədzadəni vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.