15 sentyabr 2024 01:17
175

Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, sürücü ağır xəsarət alıb

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Tumbul kəndi ərazisində qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgərov Tural Behbud oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü ciddi xəsarət alıb. Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

“Report”