16 sentyabr 2024 09:17
229

Tokayev Xarici Kəşfiyyat Xidməti və Terrorla Mübarizə Xidmətinin rəhbərlərini vəzifədən azad edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ruslan Seysembayev və Əsgər Amerxanovu tutduqları vəzifələrdən azad edib.

“İki sahil”in məlumatına görə, dövlət başçısının imzaladığı müvafiq sənəd 2024-cü il sentyabrın 16-da Akordanın saytında dərc olunub.

Seysembaev Ruslan Temirqalieviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Terrorla Mübarizə Xidmətinin rəisi vəzifəsindən azad edilib;

Amerxanov Askar Baimerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədr müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”