16 sentyabr 2024 12:53
143

Dele Alli karyerasını İspaniyada davam etdirə bilər

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İspaniya çempionatında davam etdirə bilər.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində Manuel Pelleqrinin baş məşqçisi olduğu "Betis" klubu maraqlıdır.

Qeyd edək ki, D.Alli 2023-cü ilin fevralında "Beşiktaş"da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan oynamır. Onun "Everton" klubu ilə müqavilə müddəti bu yay başa çatıb və hazırda azad agentdir.