16 sentyabr 2024 15:03
136

Saşa Boe əməliyyat olunub

"Bavariya"nın futbolçusu Saşa Boe əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı müdafiəçi dizindən əməliyyat edilib. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Saşa Boe bu ilin yanvarında "Qalatasaray"dan 30 milyon avroya transfer olunub. Fevral ayında zədələnən futbolçu 1 ay meydana çıxa bilməmişdi.