17 sentyabr 2024 09:37
121

"Union"un qapıçısının ayağı amputasiya edilib

Almaniyanın "Union" klubunun U-19 komandasının qapıçısı Berkin Arslanoğullarının ayağı amputasiya olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bir neçə ay əvvəl 19 yaşlı oyunçuya sümük xərçəngi diaqnozu qoyulmuşdu. Tədbir məqsədi ilə qolkiperin ayağı amputasiya edilib. Klub Arslanoğulları və ailəsi üçün ianə kampaniyasına başlayıb.