17 sentyabr 2024 11:49
127

Azərbaycan millisinin üzvləri əməliyyat olunub

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvləri Turan Bayramov və Əliabbas Rzazadə əməliyyat olunub.

Güləş Federasiyasından "İki sahil"ə verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu T.Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

Hər iki cərrahiyyə əməliyyatı “Liv Bona Dea” hospitalında baş tutub.

T.Bayramovun 5, Ə.Rzazadənin isə 6 aydan sonra millinin təlim-məşq toplanışındaproseslərində iştirakı gözlənilir.