17 sentyabr 2024 16:29
284

Bu ölkələrin vətəndaşlarına övladlığa götürmə qadağan ediləcək

Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlar Məsələləri Komitəsinin üzvü Svetlana Bessarab cinsiyyətinin dəyişdirilməsinə icazə verilən ölkələrin vətəndaşları üçün övladlığa götürmənin qadağan edilməsinin vacib olduğunu deyib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Parlamentari Dövlət Dumasının sədri Vyaçeslav Volodinin deputatların sentyabrın sonuna kimi cinsiyyətinin dəyişdirilməsinə icazə verilən ölkələrin vətəndaşları üçün rus uşaqlarının övladlığa götürülməsini qadağan edən qanun layihəsinə baxacaqları barədə bəyanatını belə şərh edib.

O, qeyd edib ki, müvafiq Avropa ölkələrinin ictimaiyyəti belə gender keçidlərinə icazə verilməsinin yanlışlığını qəbul edir.

“ABŞ-ın bəzi ştatları da daxil olmaqla, Avropa ölkələrinin qanunları uşağa belə qərarlar verməyə icazə verir. Fikrimcə, bu, sadəcə olaraq, qeyri-insanidir. Bizim uşaqlarımızın belə ölkələrdə yaşamasına qadağa qoyulması obyektiv məcburi və yeganə düzgün qərardır”, - deyə, Bessarab bildirib.