17 sentyabr 2024 16:35
291

Miqrasiya məsələsində dəyişiklik Rusiya iqtisadiyyatına zərər vurmamalıdır - Volodin

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin parlamentin aşağı palatasının yeddinci sessiyasının açılışında çıxış edərək, 2024-cü ilin sonuna kimi deputatların əsas vəzifələrini açıqlayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, onların arasında 2025–2027-ci illər üçün büdcənin qəbulu, ənənəvi dəyərlərin, mədəniyyətin, ailə və uşaqlıq institutunun qorunmasını göstərmək olar. Dövlət Dumasının cari sessiyada prioriteti miqrasiya siyasətinin təkmilləşdirilməsi olacaq.

Vyaçeslav Volodin xatırladıb ki, Dövlət Duması Şurasının sentyabrın 16-da keçirilən iclasında deputatlar miqrasiya sahəsində 8 qanun layihəsinə baxıblar. Onların hamısı artıq ekspertiza və təsdiq üçün hökumətə və regionlara göndərilib: “Biz problemi hərtərəfli öyrənməli, populist bəyanatlardan uzaqlaşıb problemi həll etməyə çalışmalıyıq. Hökumətin bu işə qarışması vacibdir”.

Dövlət Dumasının sədri qeyd edib ki, hər hansı miqrasiya dəyişikliyi Rusiya iqtisadiyyatına zərər vurmamalıdır. O əlavə edib ki, xarici vətəndaşlar Rusiyaya gələrkən özlərini reallaşdırmaq imkanı olmalıdır, lakin onlar rus dilini bilməli, ölkənin adət-ənənələrinə və qanunlarına hörmət etməlidirlər.

Avqustun əvvəlində Federasiya Şurası Rusiyada qanuni əsas olmadan qalan əcnəbi vətəndaşların ölkədən çıxarılması üçün yeni miqrasiya rejimi haqqında qanunu təsdiqləyib. Bu, qanunları pozan miqrantlar üçün bir sıra məhdudiyyətlər, habelə əcnəbilərin ölkədə qalma müddətinin azaldılmasını nəzərdə tutur. 2025-ci ildən Rusiyada nəzarət edilən şəxslərin reyestrinin fəaliyyət göstərəcəyi gözlənilir. Həmin mənbədə vaxtı keçmiş və ya ləğv edilmiş sənədləri olan miqrantlar haqqında məlumatları saxlayacaq.