17 sentyabr 2024 16:55
303

Almaniya qışda Ukraynaya 100 milyon avro ayıracaq

Almaniya hakimiyyəti qış aylarında Ukraynanın enerji ehtiyaclarını ödəmək üçün əlavə olaraq 100 milyon avro ayıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində məlumat yayılıb.

Həmin məlumatda qeyd edilir ki, Almaniya Ukraynaya enerji təchizatını saxlamaq üçün əlavə 100 milyon avro qış yardımı edəcək. Daha əvvəl Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius bildirmişdi ki, Almaniya yaxın iki ay ərzində Ukrayna Silahlı Qüvvələrinə altı “Panzerhaubitze 2000” özüyeriyən silah verəcək.