Finlandiya müharibə vəziyyətində 280 min nəfəri xidmətə çağıra biləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Finlandiya rəhbəri Aleksandr Stubb “Welt” ilə söhbətində bildirib.
"Müharibə başlasa, dərhal 280 min insanı çağıra bilərik" – deyə, Stubb bildirib.
Siyasətçi hansı potensial münaqişədən danışdığını açıqlamayıb.
Bundan əvvəl Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Eurofighter qırıcıları ilk dəfə olaraq Finlandiyada Rusiya sərhədinə yerləşdirilib.