17 sentyabr 2024 17:42
213

Zalujnı istefa verməmişdən əvvəl Kursk əməliyyatına qarşı çıxıb - "Politico"

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı istefaya getməzdən əvvəl Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasına qarşı çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin yazdığına görə, Zalujnı Vladimir Zelenski ilə 2024-cü ilin əvvəlində Rusiya regionuna hücumu müzakirə edib. Sonra o, Kursk vilayətində hərbi əməliyyatların başlanmasına qarşı çıxıb.