Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaşı qəbul edib.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bu haqda Murat Kurum sosial çəbəkə hesabıda paylaşım edib.
Bildirilib ki, Yavaşın istəyi ilə reallaşan görüş zamanı Ankaranın ətraf mühit və urbanizasiya ilə bağlı gündəliyi müzakirə edilib.
Xatırladaq ki, son günlər Yavaşın ana müxalifət partiyası olan CHP-dən istefa verəcəyi ilə bağlı xəbərlər dolaşır.
Ankara Büyükşehir Belediye Başkanı Sayın Mansur Yavaş’ı bakanlığımızda kabul ettik.
— Murat KURUM (@murat_kurum) September 17, 2024
Ankara’nın çevre ve şehircilikle ilgili gündemini ele aldık, talepleri dinledik.
Tüm yerel yöneticilerle temas ve istişarelerimiz sürecek. pic.twitter.com/vPdhyCMRKY