17 sentyabr 2024 23:49
155

Mərkəzi Asiya texnologiya transferi və istehsal üçün cəlbedici mərkəzdir

Mərkəzi Asiya böyük inkişaf potensialı və qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş imkanları olan və dinamik inkişaf edən bir bölgədir.

“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçıları, Almaniya Kansleri və alman şirkət rəhbərlərinin görüşündə iştirakı zamanı deyib.

“Şərq və Qərbi, Şimal və Cənubu birləşdirən Mərkəzi Asiya texnologiya transferi, istehsalın lokallaşdırılması və yüksək əlavə dəyərli məhsulların istehsalı üçün cəlbedici mərkəzə çevrilə bilər. Buna görə də biz müxtəlif sahələrdə əməkdaşlığa açığıq", - deyə Qazaxıstan Prezidenti bildirib.

Onun sözlərinə görə, son dərəcə vacib xammalın hasilatı, energetika, nəqliyyat və logistika, maliyyə, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük perspektivlər var.