18 sentyabr 2024 08:00
124

Bayden dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək

ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib. O, Amerika liderinin sentyabrın 23-də Nyu-Yorka gedəcəyinə aydınlıq gətirib.

“Prezident Baş Assambleyadakı çıxışından başqa, çərşənbə axşamı günü dünya liderləri ilə görüşərək qlobal sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı müzakirə edəcək”, – Jan-Pyer diqqətə çatdırıb. Daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan təsdiqləyib ki, Bayden BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.