18 sentyabr 2024 11:11
109

Blinken Misirə gedib

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə Qəzzada müharibə başlayandan bəri 10-cu səfəri çərçivəsində Misirin paytaxtı Qahirəyə yollanıb.

“İki sahil” xəbər verir ki, İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqların vasitəçisi kimi Vaşinqtonu təmsil edən Blinkenin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşəcəyi bildirilir.

Görüşlərdə Qəzzada atəşkəs və əsir mübadiləsi üzrə tərəflərarası razılaşmanın cari vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.