19 sentyabr 2024 14:40
83

Ukraynada 300-dən çox yaşayış məntəqəsinin adının dəyişdirildi

Ukrayna Ali Radası Rusiya ilə əlaqəli 300-dən çox yaşayış məntəqəsinin adının dəyişdirilməsini təsdiqləyib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda ukraynalı deputat Yaroslav Jeleznyak bildirib.

"327 yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə bağlı yeni qərar müzakirəsiz qəbul edilib", - o, Telegram kanalında yazıb.

Eyni zamanda, onun sözlərinə görə, siyahıdan 6 yaşayış məntəqəsi çıxarılıb.