19 sentyabr 2024 09:56
102

Kristian Stuani UEFA Çempionlar Liqasının tarixinə düşüb

İspaniyanın "Jirona" klubunun futbolçusu Kristian Stuani UEFA Çempionlar Liqasının tarixinə düşüb.

"İki sahil"in "Opta Sports"a istinadən məlumatına görə, 37 yaşlı uruqvaylı forvard buna turnirin Liqa mərhələsinin I turunda Fransanın PSJ komandası ilə matçda iştirak etməklə nail olub. Görüşə start heyətində başlayan forvard XXI əsrdə qitənin bir nömrəli klub turnirində debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb.

Qeyd edək ki, qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə bitib - 1:0.