19 sentyabr 2024 15:09
106

Quti Arda Güleri təriflədi

"Real"ın əfsanəvi futbolçusu Quti Madrid təmsilçisinin oyunçusu Arda Güler haqqında danışıb.

“İki sahil” xəbər verir ki, 47 yaşlı mütəxəssis 19 yaşlı yarımmüdafiəçi haqqında xoş sözlər səsləndirib: 

"Karlo Ançelotti artıq Arda Gülere daha çox şans verir. O, çox maraqlı futbolçudur. Arda əla final ötürmələri edən, gözəl qollar vuran bir yarımmüdafiəçidir. O, qarşıdakı bir neçə mövsüm ərzində daha çox ön plana çıxacaq".

Qeyd edək ki, Arda ötən ilin yayında Madrid təmsilçisinə keçib.O, aldığı zədələr səbəbindən yalnız bu ilin yanvar ayında komandada debüt etməyi bacarıb. Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 6 matç keçirib.