Mən inanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər.
“İki sahil” xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
"Emreli 90 dəqiqə oynamağa hazır deyil. Amma matça sonra daxil ola bilər", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, azərbaycanlı hücumçu "Ulm" komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri II Bundesliqanın V turunun oyununda iştirak ərizəsində yer alıb. "Nürnberq” sentyabrın 21-də "Herta"nı qəbul edəcək.
İstanbulda keçirilən dünya çempionatında Azərbaycan karateçiləri uğurlu nəticələr əldə ediblər
Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib
Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb