19 sentyabr 2024 23:33
73

 Azərbaycan milliləri İtaliya ilə üz-üzə gəliblər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gəliblər.

“İki sahil” xəbər verir ki, qarşılaşmalar VIII tura təsadüf edib.

Hər iki millimiz rəqibləri ilə heç-heçəyə razılaşıb - 2:2.

Aydın Süleymanlı - Daniele Vocaturo 0,5:0,5
Nicat Abasov - Lorenzo Lodiçi 0,5:0,5
Rauf Məmmədov - Françesko Sonis 0,5:0,5
Şəhriyar Məmmədyarov - Sabino Brunello -0,5:0,5

Günay Məmmədzadə - Marina Brunello 0,5:0,5
Ülviyyə Fətəliyeva - Olqa Zimina 1:0
Gövhər Beydullayeva - Yelena Sedina 0,5:0,5
Xanım Baladjayeva - Culiya Sala 0:1

Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.

Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.