20 sentyabr 2024 14:10
516

“SOCAR Türkiyə” Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Bu gün biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü rəhbərliyi və sarsılmaz iradəsi, Azərbaycan xalqının inamı və qəhrəman ordunun mübarizəsi nəticəsində əldə olunan suverenliklə fəxr edirik. Azərbaycan bayrağı azadlıq və müstəqillik rəmzi kimi vətənimizin hər yerində qürurla dalğalanır!”

“İki sahil” xəbər verir ki, bu fikirlər “SOCAR Türkiyə” Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşımında qeyd olunub:

“Yaşasın Azərbaycan! Yaşasın suverenlik! Azərbaycanın Dövlət Suverenlik Gününüz mübarək.”