23 sentyabr 2024 16:56
97

Baltik dənizində müharibəyə səbəb olacaq QƏRAR

"Estoniya və Finlandiya ehtiyac olduqda Baltik dənizini Rusiyaya aid gəmilərin keçidi üçün bağlayacaq".

“İki sahil” bunu Estoniya Müdafiə Qüvvələrinin komandanı, general-mayor Andrus Merilo deyib.

O əlavə edib ki, hazırda bununla bağlı xüsusi plan hazırlanır:

“Ərazi sularının və dəniz sərhədlərinin müdafiəsi ölkələrimiz arasında əməkdaşlıq sahələrindən biridir. Biz bu sahədə birgə fəaliyyəti daha da genişləndirmək niyyətindəyik. Rusiyanın Baltik dənizindəki hərbi aktivliyinin qarşısını almaq əsas məqsədimizdir. Hərbi cəhətdən biz buna hazırıq”. (APA)