23 sentyabr 2024 17:38
96

İranda neft zavodunda partlayış və yanğın olub

İranın Gərmsar rayonunda neft zavodunda partlayış və yanğın olub.

“İki sahil” “Tasnim” Agentliyinə istinadla xəbər verir ki, məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı bölməsi yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yayılmayıb.