23 sentyabr 2024 16:36
117

Avstraliya millisində yeni baş məşqçi

Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyası məlumat yayıb. Komanda Toni Popoviçə tapşırılıb.

51 yaşlı mütəxəssis bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib.

Avstraliya yığması DÇ-2026-nın seçmə turnirinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

Məşqçilik karyerası ərzində Popoviç “Kristal Pelas”, Yunanıstan və Türkiyə millilərində çalışıb.