23 sentyabr 2024 23:27
79

Derbidə qələbəyə görə 1,5 milyon mükafat

İstanbul derbisində “Fənərbaxça”ya 3:1 hesabı ilə qalib gələn “Qalatasaray”ın futbolçuları üçün mükafatların məbləği bəlli olub.

“İki sahil” xəbər verir ki, “Fanatik” nəşri “sarı-qırmızılar”ın hər oyunçusuna 1,5 milyon TL (74,6 min AZN) məbləğində mükafat verildiyi barədə məlumat yayıb.

“Qalatasaray” bu qələbə ilə “Fənərbaxça” üçün rekord olan 32 oyunluq məğlubiyyətsizlik seriyasını da dayandırıb.