24 sentyabr 2024 10:55
70

Azərbaycanın U-18 millisi Qəbələdə yoldaşlıq oyunu keçirib

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

"İki sahil" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində 10-cu dəqiqədə Ziya Səkərxanov fərqlənib.

Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.