24 sentyabr 2024 11:21
83

Zəfər aparan yol: güclü ordu, müdrik siyasət

27 sentyabr müasir tariximizdə yeni səhifənin başlandığı gündür. 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri müzəffər ali baş komandan prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistana qarşı əks-həmlə əməliyyatına başladı. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər separatçılıq hərəkatına başlamışdılar. O zamankı Azərbaycan rəhbərliyinin səbatsız siyasəti o zamankı imperiya rəhbərliyi (SSRİ rəhbərliyi-müəll.) və Qərbdəki ermənipərəst dairələrin fitnəsi və yardımı ilə fəalliyyətə başlamış erməni separatçılarına stimul verirdi. Ermənilər qısa zamanda təşkilatlanmış, qilahlı quldur dəstələri formalaşdırmışdılar. Sovet rəhbərliyinin ikiüzlü siyasəti qısa zamanda “nəticə” verdi:erməni separatçıları Bakıya tabe olmaqdan imtina etdilər. Ermənistan ordusu və Qarabağdakı quldur dəstələri azərbaycanlılar yaşayan kəndləri işğal etməyə, soydaşlarımızı qaçqına çevirməyə başladılar. Bakıdakı hakimiyyət uğrunda lüzumsuz mübarizə düşmənin çörəyinə yağ sürtür, işğal planına yaşıl işıq yandırırdı. Nəhayət, I Qarabağ müharibəsi 12 may 1994-cü ildə imzalanan atəşkəslə başa çatdı. Lakin bu müharibə Azərbaycan üçün ağır itkilərlə nəticələnmişdi. Ermənistdan keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmiş, 1 milyondan çox azərbaycanlını qaçqına çevirmişdilər. Tarixin bu ağır dövründə Azərbaycanın yeganə uğuru böyük dövlət xadimi, dünya səviyyəli siyasətçi, ulu öndər Heydər Əliyevin hakimiyyət olimpinə yüksəlməsi idi. Ulu öndər qısa zaman kəsiyində Azərbaycanın işğala məruz qalması faktını, məcburi köçkün problemini dünya birliyinin diqqətinə çatdırdı. Ardarda Ermənistanın işğalçı siyasəti əleyhinə nüfuzlu beynəlxalq təşkilatlarda qərarlar qəbul olundu. Azərbaycan paralel olaraq ordu quruculuğunu sürətləndirdi. Əksəriyyəti könüllü birliklərdən ibarət, vahid komandanlığa tabe olmayan dəstələrin yerində nizami Azərbaycan ordusu yaradıldı. Azərbaycan dövlətinin sağlam təməllərini atan və güclü ordunun əsasını qoyan ümumilli liderin Qarabağla bağlı inamı sarsılmaz idi. Heydər Əliyev Qarabağın mütləq şəkildə Azərbaycanın nəzarətinə qayıdacağına inanır və bunu açıq şəkildə söyləyirdi.

2003-cü ildən sonra ordu quruculuğunda yeni mərhələ başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir silahlarla təchiz olunmuş, savadlı kadr bazasına malik Silahlı Qüvvələr formalaşdı. Milli Ordumuz işğalçılara ilk dəfə gücünü 2016-cı ilin aprel toqquşması zamanı göstərdi. Düşmən tapdağında olan Lələtəpə yüsəkliyi və Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu kiçik hərbi qələbə olsa da, Azərbaycan ordusunda böyük qələbəyə inamı gücləndirdi. Nəhayət, o böyük gün yetişdi. 2020-ci ilin 27 sentyabrında Azərbaycan ordusunun başlatdığı əks-həmlə əməliyyatı ilə işğalçı erməni ordusu darmadağın edildi. Ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Suqovuşanı və Şuşa şəhərini düşməndən azad etdi. Noyabrın 10-da düşmən kapitulyasiyaya imza atmaq məcburiyyətində qaldı. Bağlanmış razılaşmaya əsasən düşmən qısa müddət ərzində Ağdam, Kəlbəcər, Laçın rayonlarından da geri çəkildi. İkinci Qarabağ savaşında qalib ordumuz 3 mindən çox şəhid verdi. Minlərlə qazimiz vətən uğrunda sağlamlığından oldu. Lakin müdrik siyasi qərarlar olmasaydı, heç şübhəsiz ki, itkilərimiz daha çox olacaqdı.

44 günlük savaşda böyük zəfəri bizə qazandıran qanı ilə tarix yazan şəhidlər və qazilərimiz, həmçinin müdrik siyasi qərarlar, düzgün təşkilatçılıq, çevik hərbi və siyasi manevrlər oldu. İkinci Qarabağ savaşında uğurun əsas memarı müzəffər ali baş komandan, yüksək diplomatik bacarığa, zəngin siyasi təcrübəyə malik prezident İlham Əliyev oldu. Zamanında müasir silahlarla təchiz edilmiş, komplektləşdirilmiş güclü ordu, doğru hərbi-siyasi qərarlar, məqsədyönlü siyasət qələbəmizin əsas formulu oldu.

Bu gün Azərbaycan qalib dövlətdir. 44 günlük müharibə Cənubi Qafqazda yeni bir gücün, yeni bir siyasi iradənin ortaya çıxmasına səbəb oldu. Bu, 30 illik milli münaqişəni təkbaşına həll etmiş, bütün ərazisində suveren hüquqlarını bərpa etmiş Azərbaycan

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini