24 sentyabr 2024 16:23
83

Əshabi-Kəhf ziyarətgahına gedən yol təmir-bərpa olunur

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada yerli əhəmiyyətli yolların yenidən qurulması və bərpası nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki,  Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, Dövlət Proqramının icrası ilə əlaqədar agentlik tərəfindən ötən ilin dekabr ayından “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolda əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlər çərçivəsində uzunluğu 13,9 kilometr olan avtomobil yolunda yol yatağı genişləndirilib və 1 körpü əsaslı təmir olunub.

Hazırda ərazidə təmir-bərpa işləri davam edir.