24 sentyabr 2024 16:59
76

"Qızıl top" ona veriləcək

"Real"ın və Braziliya millisinin vingeri Vinisius Junior ötən mövsümün nəticələrinə əsasən "Qızıl top"u qazanacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Bildirilib ki, 24 yaşlı futbolçuya fərdi mükafatın ona veriləcəyi barədə artıq məlumat verilib.

Ötən mövsüm Vinisius Madrid klubu ilə Çempionlar Liqası, La Liqa və İspaniya Superkubokunun qalibi olub. Braziliyalı futbolçu 39 oyunda 24 qol vurub  və 11 qolun ötürməsini verib.