25 sentyabr 2024 00:43
78

Rusiya Ukraynanın itkilərini açıqladı - 944-cü gün

Rusiya müharibənin 944-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 32 187 PUA-sı, 579 zenit-raket kompleksi, 18 343 tank və digər zirehli texnikası, 1 458 reaktiv yaylım atəş sistemi, 15 050 artilleriya və minaatanı, 26 436xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.